2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından ümumilikdə 2,945 milyard manat gəlir əldə olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 529,2 milyon manat və ya 15,2% azalma deməkdir.
Hesabat dövründə hava nəqliyyatı ilə yüklərin daşınmasından gəlir 1,666 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% azalma deməkdir. Sərnişin daşımalarından əldə olunan gəlir isə 1,278 milyard manat olub və bu göstərici 16,9% azalma göstərib.
2025-ci ilin yanvar–sentyabr aylarında hava nəqliyyatı ilə ümumilikdə 288,3 min ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2% azalma deməkdir. Eyni dövrdə daşınan sərnişin sayı 3,105 milyon nəfər təşkil edib və bu göstərici 1,5% artım nümayiş etdirib.
Fuad Mədətov
Finss.az
