2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından ümumilikdə 194,296 milyon manat gəlir əldə olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% artım deməkdir.
Hesabat dövründə dəniz nəqliyyatı ilə yüklərin daşınmasından gəlir 194,094 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14% artım deməkdir. Sərnişin daşımalarından əldə olunan gəlir isə 202,4 min manat olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,2% azalma göstərib.
2025-ci ilin yanvar–sentyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 6,963 milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5% artım deməkdir. Eyni dövrdə daşınan sərnişin sayı 19,3 min nəfər olub və bu göstərici 9,8% azalma göstərib.
Fuad Mədətov
Finss.az
