BİZNES

05 Dekabr

ADY-nin yük və sərnişin daşımalarından gəlirləri açıqlanıb

2025-ci ilin yanvar–sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin yük və sərnişin daşımalarından əldə etdiyi gəlir 296,391 milyon manat olub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 milyon manat və ya 8,3% azalıb.

Məlumata görə, hesabat dövründə yükdaşımalar üzrə gəlirlər 284,320 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin 9 ayı ilə müqayisədə 9,8% azalma deməkdir. Yükdaşımaların 246,147 milyon manatı beynəlxalq, 38,173 milyon manatı isə daxili istiqamətlər üzrə formalaşıb. Hər iki istiqamətdə uyğun olaraq 10,5%5,2% azalma qeydə alınıb.

Sərnişindaşımalar üzrə əldə olunan gəlir 12,071 milyon manat səviyyəsində olub və bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4% artım göstərib. Gəlirin tamamı daxili marşrutlardan formalaşıb.

Hesabat dövründə dəmir yolu ilə 12,507 milyon ton yük daşınıb və bu göstərici 2024-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə 10,3% azalıb. Sərnişindaşımanın həcmi isə 7,157 milyon nəfər təşkil edərək 19,5% artım nümayiş etdirib.

Tranzit yükdaşımalarının həcmi də azalma ilə müşahidə olunub və hesabat dövründə 4,863 milyon ton səviyyəsində qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14% azalma deməkdir.

Fuad Mədətov
Finss.az