Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Danimarkaya 88,2 min ton həcmdə bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracın dəyəri 49,7 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, ötən il Azərbaycandan Danimarkaya heç bir neft ixrac olunmayıb.
Qeyd olunur ki, 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə Azərbaycan 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edərək 10,9 milyard dollardan çox gəlir əldə edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac dəyəri 1,9 milyard dollar və ya 15% azalıb, həcm baxımından isə 182,6 min ton və ya 0,9% artım müşahidə edilib.
Fuad Mədətov
Finss.az
