2025-ci ilin yanvar - noyabr aylarında dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat və ya 2,1 faiz artıb.
Bu bardəd Finss.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 102,7 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 899,0 milyon manat və ya 8,7 faiz artıb.
Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 832,2 milyon manat olub, ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz artıb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 203,0 milyon manat təşkil edib, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 155,0 milyon manat olub, 11,4 faiz artıb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 1 milyard 6,3 milyon manat təşkil edib, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 713,7 milyon manat olub, 9,6 faiz artıb.
Fuad Mədətov
Finss.az



