BİZNES

04 Dekabr

Azərbaycandan Tunisə ixrac olunan neftin həcmi açıqlanıb

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Tunisə 167,9 milyon ABŞ dolları dəyərində 310,3 min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 110,6 milyon ABŞ dolları və ya 39,7%, həcm baxımından isə 133,6 min ton və ya 30,1% azalıb.

Ötən ilin yanvar–oktyabr aylarında Azərbaycandan Tunisə 278,5 milyon ABŞ dolları dəyərində 443,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd olunur ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan ümumilikdə 10,9 milyard ABŞ dolları dəyərində 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib. Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 1,9 milyard dollar və ya 15% azalsa da, həcm baxımından 182,6 min ton və ya 0,9% artıb.

Fuad Mədətov
Finss.az