Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 65 milyon ABŞ dolları dəyərində 133,1 min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.
Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 128,1 milyon ABŞ dolları və ya 66,3 faiz, həcm baxımından isə 60 min ton və ya 31,1 faiz azalıb.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 193,1 milyon ABŞ dolları dəyərində 354,3 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edilir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 10,9 milyard ABŞ dollarından çox dəyərdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.
Fuad Mədətov
Finss.az
