BİZNES

04 Dekabr

TANAP boru kəməri ilə nəql olunan qazın ümumi həcmi açıqlanıb

Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) vasitəsilə indiyədək 89 milyard kubmetrdən çox qaz nəql edilib.

Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, nəql edilən qazın 53 milyard kubmetrdən çoxu Avropa bazarlarına çatdırılıb.

Qeyd olunur ki, bu gün TANAP-ın Avropa ilə birləşən hissəsinin (ikinci faza) rəsmi açılışının 6 ili tamam olur. Cənub Qaz Dəhlizinin bu strateji seqmenti Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdıraraq regionun enerji xəritəsini dəyişib.