2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan Tailanda 137,8 min ton həcmdə xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ixracın dəyəri 75,9 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində ixrac 158,3 milyon dollar və ya 67,6%, həcm baxımından isə 239,1 min ton və ya 63,4% azalıb. 2024-cü ilin yanvar–oktyabr aylarında Tailanda 376,9 min ton neft və neft məhsulu 234,2 milyon ABŞ dolları dəyərində ixrac olunmuşdu.
Qeyd olunur ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan ümumilikdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edilərək 10,9 milyard dollardan çox gəlir əldə olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə ümumi ixrac dəyər ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9%) artıb.
Fuad Mədətov
Finss.az
