BİZNES

04 Dekabr

Energetika naziri “Universal Energy” şirkətinin prezidenti ilə görüşüb

Finss.az - Energetika naziri Pərviz Şahbazov Çinin “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşüb. Görüşdə şirkətlə ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsinin - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib. 

Söhbət zamanı “Universal Energy” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadium əsaslı batareyalar üzrə təcrübəsi,  bu texnologiyanın “yaşıl enerji” ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.