2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi üzrə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə 172,788 milyon barel neft nəql olunub.
Finss.az Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6%-dan çox azdır, çünki ötən il eyni dövrdə 183,945 milyon barel neft nəql olunmuşdu.
Oktyabr ayında BTC vasitəsilə Türkiyə ərazisindən 16,601 milyon barel neft ötürülüb, ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 12,7% azdır (19,020 milyon barel).
Xatırladaq ki, 2024-cü ilin yekunlarına əsasən, Türkiyə ərazisi üzrə BTC kəməri vasitəsilə 224,14 milyon barel neft nəql edilmişdi.
BTC Co.-nun səhmdarları:
- bp (30,10%)
- SOCAR (32,97%)
- MOL (8,90%)
- TPAO (6,53%)
- Eni (5,00%)
- TotalEnergies (5,00%)
- ITOCHU (3,40%)
- ONGC Videsh (3,10%)
- ExxonMobil (2,50%)
- INPEX (2,50%)
