BİZNES

02 Dekabr

Naxçıvanda tərəvəz istehsalı 4 faiz artıb

Finss.az - Bu ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi tərəvəz istehsalı 27 min tondan çox olub və ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım qeydə alınıb. Həmin dövrdə bölgədə əlavə olaraq 21 min 110 tondan çox kartof da yetişdirilib.

Muxtar respublikada əsasən kartof, soğan, pomidor, kələm, badımcan, bibər və çuğundur kimi yerli iqlim şəraitinə uyğun tərəvəz növlərinin əkini aparılır.

Qeyd edək ki, yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının ümumi məhsul istehsalı 328 milyon manatdan artıq olub. Bu məbləğin 190 milyon manatdan çoxu isə bitkiçilik sektorunun payına düşüb.