BİZNES

02 Dekabr

Azərbaycandan Niderlanda xam neft və neft məhsulları ixracı 2 dəfə artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Niderlanda ümumilikdə 182,9 milyon dollar dəyərində 360,7 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76,1 milyon dollar və ya 1,7 dəfə, həcm baxımından isə 191,7 min ton və ya 2,1 dəfə çoxdur.

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan Niderlanda 106,8 milyon ABŞ dolları dəyərində 169 min ton neft ixrac edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 10,9 milyard dollardan çox dəyərdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.

Fuad Mədətov
Finss.az