2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Avstriyaya ümumilikdə 88 milyon ABŞ dolları dəyərində 177,5 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 40,1 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm baxımından isə 91,6 min ton və ya 2,1 dəfə artıb. Cari ilin ilk doqquz ayında Azərbaycandan Avstriyaya 47,9 milyon dollar dəyərində 85,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulu ixrac edib və bu ixracın dəyəri 10,9 milyard ABŞ dollarını ötüb.
Fuad Mədətov
Finss.az
