BİZNES

02 Dekabr

Azərbaycan-Bolqarıstan neft ticarətinin dəyəri 5%-ə yaxın artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Bolqarıstana ümumilikdə 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,2 milyon ABŞ dolları və ya 4,9% artıb, həcm baxımından isə 1,6 min ton və ya 2% azalıb. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan Bolqarıstana 80,9 min ton xam neft və neft məhsulları ixrac olunmuşdu ki, bunun dəyəri 46 milyon ABŞ dolları təşkil edirdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulu ixrac edib və bu ixracın dəyəri 10,9 milyard ABŞ dollarını ötüb.

Fuad Mədətov
Finss.az