BİZNES

02 Dekabr

Azərbaycan kənd təsərrüfatının ümumi məhsulu 12,53 milyard manat olub

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 529,4 milyon manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, kənd təsərrüfatının ümumi məhsulunun 6 079,9 milyon manatı heyvandarlıq, 6 449,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,0 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,4 faiz, bitkiçilik məhsulları üzrə isə 1,5 faiz artıb.

Fuad Mədətov
Finss.az