2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində 281,1 min ton xam neft və neft məhsulları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 86 milyon dollar və ya 2,5 dəfə, həcm baxımından isə 191,4 min ton və ya 3,1 dəfə çox olub. Fransa bu dövrdə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 12-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulu ixrac edib. Bu ixracın dəyəri 10,9 milyard ABŞ dollarını ötüb. Ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 milyard dollar (15%) azalma, həcm baxımından isə 182,6 min ton (0,9%) artım müşahidə olunub.
Fuad Mədətov
Finss.az
