BİZNES

01 Dekabr

Azərbaycanın Portuqaliyaya xam neft və məhsul ixracı 430,7 milyon ABŞ dolları olub

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Portuqaliyaya 430,7 milyon ABŞ dolları dəyərində 803,4 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və xam neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200,4 milyon ABŞ dolları və ya 31,8%, həcm baxımından isə 201,8 min ton və ya 20,1% azalıb.

Hesabat dövründə Portuqaliya Azərbaycanın neft və neft məhsullarını idxal edən ölkələr arasında 6-cı yerdə qərar tutub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 10,9 milyard ABŞ dolları dəyərində 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Fuad Mədətov
Finss.az