BİZNES

28 Noyabr

Azərbaycanda mənzil tikintisinə sərf olunan investisiyalar artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan 3,644 milyard manat tikinti sektoruna sərf olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azalma deməkdir.

Tikinti sektorunun ümumi əsas kapital investisiyalarındakı payı 24,6% təşkil edib.

Hesabat dövründə tikinti sektoruna yönələn investisiyaların 2,467 milyard manatı mənzil tikintisinə sərf olunub ki, bu da ötən ilin yanvar-oktyabr göstəricisinə nisbətən 26,3% artım deməkdir. Mənzil tikintisinə yönəlmiş investisiyaların əsas kapital investisiyaları içində xüsusi çəkisi isə 16,6% olub.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə bütün iqtisadi və sosial sahələr üzrə əsas kapitala yönəlmiş investisiyaların həcmi 14,830 milyard manat təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artım deməkdir.

Əlavə məlumat:

  • Neft-qaz sektoruna yönəldilmiş investisiyalar 8,8% azalıb
  • Qeyri-neft-qaz sektoruna sərf olunan investisiyalar isə 6,0% artıb.

Fuad Mədətov
Finss.az