2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan 6,081 milyard manat sənaye sektoruna sərf olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6% artım deməkdir.
Sənaye sektoruna yönələn investisiyaların ümumi payı isə 41% təşkil edib.
Qeyd olunur ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə bütün iqtisadi və sosial sahələr üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 14,830 milyard manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artım deməkdir.
Əlavə olaraq:
- Neft-qaz sektoruna sərf olunan investisiyaların həcmi 8,8% azalıb
- Qeyri-neft-qaz sektoruna yönələn investisiyaların həcmi isə 6,0% artıb.
Fuad Mədətov
Finss.az
