2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 62,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracın dəyəri 175,4 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə:
- Dəyər ifadəsində 6,4 milyon dollar və ya 3,8% artım
- Həcm baxımından isə 810 ton və ya 1,3% azalma qeydə alınıb.
İxrac olunan alüminium və məmulatların payı:
- Ümumi ixracda: 0,81%
- Qeyri-neft sektoru üzrə: 5,87%
Eyni zamanda, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 181,9 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41,4 milyon dollar və ya 29,5% artım deməkdir.
Fuad Mədətov
Finss.az
