2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 556,9 milyon manatlıq metal filizləri hasil edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 38,7% artım deməkdir.
Eyni dövrdə sahənin əsas məhsulları üzrə nəticələr belə olub:
- Əmtəəlik neft hasilatı: 23 milyon ton (ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% azalma)
- Əmtəəlik təbii qaz hasilatı: 32,3 milyard kub metr (1,7% artım)
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olub ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% azalıb.
Fuad Mədətov
Finss.az
