2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 264,1 min ton bentonit istehsal olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 71,6 min ton və ya 37,2% artım deməkdir.
Noyabrın 1-i vəziyyətinə hazır bentonit ehtiyatı 243,1 min ton təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olub ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azalıb.
Fuad Mədətov
Finss.az
