2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 330 ton mis konsentratı istehsal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,2 min ton və ya 29,7 dəfə artım deməkdir. 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə yalnız 112 ton mis konsentratı istehsal edilib.
Noyabrın 1-i vəziyyətinə hazır mis konsentratı ehtiyatı 251,6 ton təşkil edib.
Hesabat dövründə Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azalma deməkdir.
Fuad Mədətov
Finss.az
