2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya təbii qaz ixracı açıqlanıb.
Finss.az Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Azərbaycandan İtaliyaya 3,5 milyard kubmetr təbii qaz ixrac edilib, ixracın dəyəri 7 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə, dəyər baxımından 239 milyon dollar və ya 3,3% azalma, həcm baxımından isə 612 milyon kubmetr və ya 21% artım müşahidə olunub. 2024-cü ilin yanvar-sentyabr aylarında İtaliyaya 2,9 milyard kubmetr qaz göndərilmiş və bunun dəyəri 7,3 milyard dollar təşkil etmişdi.
Cari ilin ilk 9 ayında Azərbaycandan ümumilikdə 18,5 milyard kubmetr təbii qaz ixrac olunub, bunun dəyəri 6,7 milyard ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 623,3 milyon dollar və ya 10,3% artım, həcm baxımından isə 203,2 milyon kubmetr və ya 1,1% azalma göstərir.
Eyni dövrdə Azərbaycana 252,2 milyon kubmetr təbii qaz idxal edilib, idxalın dəyəri 39,1 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 49,4%, həcm baxımından isə 47,8% azalma göstərir.
Fuad mədətov
Finss.az
