Finss.az xəbər verir ki, Rusiyanın enerji nəhəngi "Qazprom" şirkəti Qırğızıstan regionlarının qazlaşdırılması proqramına 400 milyon dollardan çox vəsait ayırıb və bununla da ölkənin qaz təchizatını 42%-ə çatdırıb.
Bu məlumat nazirliyin rəhbəri Sergey Tsivilevin iştirakı ilə keçirilən Rusiya-Qırğızıstan danışıqları zamanı açıqlanıb.
