BİZNES

26 Noyabr

Agentlikdə ixracatçılar üçün “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş keçirilib

Finss.az - Görüşdə “Mənşə sertifikatı” alt modulunun ixracatçılar üçün təmin etdiyi üstünlüklər diqqətə çatdırılıb, malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilməsinin önəmi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində müxtəlif mal kateqoriyalarının ixracı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Tədbirdə malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulu və onun funksionallığı barədə ətraflı məlumat verilib.

Görüş zamanı “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx nümayiş olunub, moduldan istifadənin ixracatçılara təqdim etdiyi üstünlüklərdən bəhs edilib. Malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilməsinin önəmi vurğulanıb.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi “Youtube” kanalı  (//www.youtube.com/watch?v=ZUwJT2mODRgt=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (//e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə tanış olmaq mümkündür.