2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 24,9 min ton yük daşınıb, ümumi dəyəri 6,3 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 60,3% artım, çəki baxımından isə 67,3% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 13,4 min ton yük ixrac olunub, dəyəri 350 milyon ABŞ dolları olub. Bu göstərici dəyər baxımından 20,9% artım, çəki baxımından isə 79,2% azalma göstərir.
Fuad Mədətov
Finss.az
