2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 5,2 milyon ton həcmində beynəlxalq yük daşınıb, ümumi dəyəri 11,3 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,9%, həcm baxımından 8,4% artım deməkdir.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə Azərbaycandan 2 milyon ton yük ixrac olunub, dəyəri 2 milyard ABŞ dolları olub, bu göstəricilər dəyər baxımından 19%, həcm baxımından 17,5% artım deməkdir.
Eyni zamanda, 9,2 milyard ABŞ dolları dəyərində və 3 milyon ton həcmində yük idxal olunub, illik müqayisədə dəyər baxımından 6,9%, həcm baxımından 2,6% artım müşahidə edilib.
Fuad Mədətov
Finss.az
