BİZNES

26 Noyabr

Azərbaycanda dəmir yolu nəqliyyatında ixrac göstəriciləri artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5,9 milyon ton həcmində beynəlxalq yük daşınıb, ümumi dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,5%, həcm baxımından isə 4,8% azalma deməkdir.

Hesabat dövründə dəmir yolu ilə Azərbaycandan 2,3 milyon ton yük ixrac olunub, ümumi dəyəri 750,9 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər illik müqayisədə dəyər baxımından 2,3% artım, həcm baxımından isə 0,4% azalma deməkdir.

Eyni zamanda, 3,6 milyon ton yük idxal olunub, ümumi dəyəri 1,8 milyard ABŞ dolları, bu da illik müqayisədə dəyər baxımından 8,6%, həcm baxımından 7,4% azalma deməkdir.

Fuad Mədətov
Finss.az