BİZNES

26 Noyabr

Azərbaycana dəniz yolu ilə daşınan yükün dəyəri 2,1 milyard dollar olub

2025-ci ilin yanvar-oktyabr aylarında dəniz nəqliyyatı ilə Azərbaycana 2,2 milyon ton yük gətirilib, ümumi dəyər 2,1 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,2%, həcm baxımından isə 6,9% azalma deməkdir.

Hesabat dövründə dəniz yolu ilə Azərbaycandan 191 min ton yük ixrac olunub, ümumi dəyəri 122,5 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər illik müqayisədə dəyər baxımından 44%, həcm baxımından isə 2,6 dəfə artım deməkdir.

Fuad Mədətov
Finss.az