2025-ci ilin 21 mart – 22 oktyabr dövründə İranın Azərbaycana qeyri-neft məhsul ixracı dəyər baxımından 337 milyon dollar, çəki baxımından isə 501 min ton təşkil edib.
Finss.az İranın Gömrük Administrasiyasının statistikasına əsasən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 16,3%, çəki baxımından isə 2,8% azalma deməkdir.
İxrac əsasən kənd təsərrüfatı və ərzaq məhsulları, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsulları əhatə edib. Bu dövrdə İran-Azərbaycan ticarət dövriyəsi 344 milyon dollar və 504 min ton təşkil edib, ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 18,5%, çəki baxımından 3,8% azalma deməkdir.
Qeyd edək ki, İranın 7 aylıq qeyri-neft ixracı ümumilikdə 32 milyard dollar və 92 milyon ton olub, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,88% azalıb, çəki baxımından isə 3,2% artıb.
