BİZNES

26 Noyabr

Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 600 milyon dolları ötüb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 224,5 milyon dollar artaraq 600,3 milyon dolları ötüb və regiondakı digər ölkələri geridə qoyub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Azərbaycanın Qazaxıstandan idxalı 519,4 milyon dollar olub.

Özbəkistan ikinci yerdədir — ticarət dövriyyəsi 472,5 milyon dollar təşkil edib, Qırğızıstanla ticarət 66,1 milyon dollar, Tacikistanla isə 11,1 milyon dollar olub.

Yanvar-oktyabrda Azərbaycan 173 ölkə ilə ümumilikdə 40,862 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb; ixrac 21,637 milyard dollar, idxal isə 19,225 milyard dollar təşkil edib. İllik müqayisədə ixrac 4,9%, idxal isə 15,6% artıb.

Fuad Mədətov
Finss.az