2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat dəhlizlərində yük daşımaları açıqlanıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ilin ilk doqquz ayında dəmir yolu ilə 10,556 milyon ton, avtomobil yolu ilə 8,009 milyon ton, dəniz nəqliyyatı ilə isə 5,590 milyon ton yük daşınıb.
Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12,615 milyon ton olub. Bu dövr ərzində Avropa-Qafqaz-Asiya dəhlizi 6,117 milyon ton, Şimal-Cənub dəhlizi 6,720 milyon ton, Şimal-Qərb dəhlizi 4,417 milyon ton, Cənub-Qərb dəhlizi isə 402,7 min ton yük daşınıb.
Tranzit payı dəmir yolu yükdaşımalarında 46%, avtomobil nəqliyyatında 41,9%, dəniz nəqliyyatında isə 94,7% təşkil edib.
Fuad Mədətov
Finss.az
