2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları dəyərində 3,838 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövründə Gürcüstana sözügedən məhsulların ixracı qeydə alınmayıb. Hesabat dövründə Gürcüstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasına 21-ci yerdə daxil olub.
Qeyd edilir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21 ölkəyə 10,8 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 milyard dollar və ya 15% az, həcm ifadəsində isə 182,6 min ton və ya 0,9% azdır.
Sözügedən məhsulların ixracı cari ilin ilk 10 ayının ixracının 50,14%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
