BİZNES

26 Noyabr

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,152 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 182,9 milyon dollar və ya 4,6% çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət Azərbaycanın ümumi dövriyyəsinin 10,16%-ni təşkil edib və ölkələr sırasına görə 3-cü yerdə qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya ixrac 975,9 milyon dollar olub, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% artıb. İxracın 968,946 milyon dolları qeyri-neft məhsullarından ibarət olub, ki, bu da əvvəlki ilin göstəricisindən 1,3% çoxdur. Nəticədə Rusiya, Azərbaycan qeyri-neft məhsullarını ən çox ixrac etdiyi ölkələr arasında 1-ci yerdədir.

Eyni zamanda, Rusiyadan Azərbaycana idxal 3,176 milyard dollar təşkil edib, ki, bu da illik müqayisədə 6,9% artım deməkdir. Rusiya Azərbaycanın idxal etdiyi məhsulların ən çox olduğu ölkələr sırasına 2-ci yerdə daxil olub.

2025-ci ilin ilk on ayında Azərbaycan ümumilikdə xarici ticarətdə 40,862 milyard dollar dövriyyə edib, bu da ötən ilin göstəricisindən 3,8% çoxdur. İxrac 21,637 milyard dollar, idxal isə 19,225 milyard dollar təşkil edib. Son 12 ayda ixrac 4,9% azalarkən, idxal 15,6% artıb. Nəticədə xarici ticarətdə 2,412 milyard dollar müsbət saldo yaranıb, ki, bu, illik müqayisədə təxminən 2,5 dəfə azdır.

Fuad Mədətov
Finss.az