2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 52,3 milyon ABŞ dolları dəyərində 173,1 min ton neft koksu ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7 dəfə (38,1 milyon dollar), həcm baxımından isə 3,6% (6,1 min ton) artım göstərib. Neft koksunun ixracı ölkənin ümumi ixracında 0,24% paya sahib olub.
Eyni dövrdə Azərbaycandan 1,1 milyon dollar dəyərində 4,4 min ton neft bitumu ixrac edilib ki, bu da ötən ilin yanvar-oktyabr göstəricisi ilə müqayisədə dəyər baxımından 5,2 dəfə (917 min dollar), həcm baxımından isə 3,7 dəfə çoxdur.
Neft bitumunun ixracı ölkənin ümumi ixracında 0,01% pay təşkil edib.
Fuad Mədətov
Finss.az
