BİZNES

25 Noyabr

Azərbaycandan 21 ölkəyə 10,8 milyard dollarlıq xam neft və neft məhsulları ixrac edilib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21 ölkəyə 10,8 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15% (1,9 milyard dollar) azalma qeydə alınmasa da, məhsul həcmi 0,9% (182,6 min ton) geriləyib.

İxrac olunan bu məhsulların payı cari ilin ümumi ixracında 50,14% təşkil edib.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan 327,8 milyon dollar dəyərində 587,8 min ton tərkibində neft və ya neft məhsulları miqdarı 70%-dən çox olan digər xam məhsullar ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,1%, həcm baxımından isə 18,6% artım göstərib.

Sözügedən məhsulların ölkənin ümumi ixracındakı payı 1,51% olub.

Fuad Mədətov
Finss.az