Finss.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) son hesabatına əsasən, Avropa Birliyində avtomobil satışları illik müqayisədə 5,8% artıb. 2024-cü ilin oktyabrında AB ölkələrində qeydiyyata alınan yeni sərnişin avtomobillərinin sayı 866,1 min olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 916,6 minə yüksəlib.
İspaniyada avtomobil satışları 15,9%, Almaniyada 7,8%, Fransada isə 2,9% artıb. İtaliyada isə satışlar cüzi olaraq 0,5% azalaraq mənfi zonada qalıb.
Avropanın genişləndirilmiş avtomobil bazarında (AB ölkələri + İslandiya, Norveç, İsveçrə və İngiltərə) yeni avtomobil satışları ötən ay 4,09 milyon ədədə çatıb. İngiltərədə satışlar 0,5% artaraq 144,95 min avtomobilə yüksəlib.
Elektrikli avtomobillərdə isə daha kəskin artım qeydə alınıb. AB-də elektrikli nəqliyyat vasitələrinin satışı 38,6% artaraq 173,17 min ədədə çatıb. Bu dinamika Avropada elektromobil bazarının genişlənməsinin davam etdiyini təsdiqləyir.
