BİZNES

25 Noyabr

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ticarətdə 40,862 milyard ABŞ dolları dəyərində əməliyyat aparıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% və ya 1,5 milyard ABŞ dolları çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard dolları ixracın, 19,225 milyard dolları isə idxalın payına düşüb. Ötən 12 ay ərzində ixrac 1,1 milyard dollar və ya 4,9% azalarkən, idxal 2,6 milyard dollar və ya 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,5 dəfə, yəni 3,7 milyard dollar azdır.

Fuad Mədətov
Finss.az