BİZNES

25 Noyabr

Azərbaycanda pambıq mahlıcı istehsalı artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pambıq mahlıcı istehsalı 55,96 min ton təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,7% çoxdur.

Noyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 15,94 min ton olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilmişdi ki, bu göstərici 2023-cü illə müqayisədə 9,9% azlıq təşkil edib.

Fuad Mədətov
Finss.az