BİZNES

25 Noyabr

Azərbaycanda gips və anhidrit istehsalı artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda gips və anhidrit istehsalı 502 min ton təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Noyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 69,8 min ton olub.

Qeyd edək ki, 2024-cü ildə ölkədə 570,5 min ton gips və anhidrit istehsal edilmişdi ki, bu göstərici 2023-cü illə müqayisədə 4,8% azlıq təşkil edib.

Fuad Mədətov
Finss.az