2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya ixrac olunan təbii qazın həcmi 7,1 milyard kubmetr olub və ümumi dəyəri 3,5 milyard ABŞ dollarına çatıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 612 milyon dollar və ya 21,3% artım, həcm baxımından isə 238,9 milyon kubmetr və ya 3,3% azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında İtaliyaya ixrac edilən təbii qazın həcmi 7,1 milyard kubmetr, dəyəri isə 2,9 milyard ABŞ dolları olub.
Cari ilin ilk 9 ayında Azərbaycanın ümumi təbii qaz ixracı 18,5 milyard kubmetr təşkil edib və bunun dəyəri 6,7 milyard ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində artım 623,3 milyon dollar və ya 10,3%, həcm baxımından isə azalma 203,2 milyon kubmetr və ya 1,1% təşkil edib.
Fuad Mədətov
Finss.az
