Finss.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak yeddinci Rusiya-Çin Enerji Biznes Forumunda bildirib ki, 2024-cü ildə Rusiyadan Çinə kömür ixracı 78 milyon tondan çox olub.
Novak həmçinin iki ölkə arasında kömür sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edib.
Baş nazirin müavini bildirib ki, "Rusiya qlobal bazarda kömürün aparıcı istehsalçılarından və təchizatçılarından biridir və Çin ən böyük istehlakçıdır. Buna görə də, Çinə kömür və emal olunmuş məhsul tədarükünün ildə 100 milyon tondan çox artırılması perspektivlərini görürük".
Novak əlavə edib ki, Trans-Baykal ərazisindəki Zaşulanskoye kömür yatağının birgə işlənməsi də davam edir.
