BİZNES

24 Noyabr

TAP boru kəməri ilə 52,7 milyard kubmetr təbii qaz nəql olunub

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə indiyədək təxminən 52,7 milyard kubmetr təbii qaz nəql olunub.

Finss.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, “Cənub Qaz Dəhlizi”nin mühüm mərhələlərindən biri olan TAP Azərbaycanın enerji sahəsindəki etibarlı tərəfdaşlıq mövqeyini gücləndirir və regionda enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verir.

Qeyd edək ki, TAP-ın istismara verilməsindən artıq 5 il keçib.