BİZNES

24 Noyabr

Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 73,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 milyon kVt-saat və ya 61,2% artım deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, eyni dövrdə günəş elektrik stansiyalarında 532,3 milyon kVt-saat enerji istehsal olunub ki, bu da ötən ilin ilk 10 ayı ilə müqayisədə 46 milyon kVt-saat və ya 9,5% artım deməkdir.

Yanvar-oktyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2,818 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni dövrdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 542,7 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az