BİZNES

24 Noyabr

Azərbaycanın elektrik enerjisi istehsalı artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22,553 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 138,8 milyon kVt/saat və ya 0,6% artım deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, istehsal edilmiş elektrik enerjisinin 21,8 milyard kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 127,9 milyon kVt/saat və ya 0,6% artım göstərir.

Yanvar-oktyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2,818 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni dövrdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 542,7 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az