BİZNES

24 phrase_var_core.november

Azərbaycanın neft bitumu istehsalı azalıb, neft koksu artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 213,7 min ton neft bitumu istehsal edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 min ton və ya 9,8% azdır.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 236,9 min ton neft bitumu istehsal olunmuşdu. Noyabrın 1-i vəziyyətinə hazır neft bitumu ehtiyatı 9,1 min ton təşkil edib.

Eyni dövrdə 191,3 min ton neft koksu istehsal olunub ki, bu da 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 17,5 min ton və ya 10,1% artım deməkdir. Ötən ilin müvafiq dövründə ölkədə 173,8 min ton neft koksu istehsal edilib. Noyabrın 1-i vəziyyətinə hazır neft koksu ehtiyatı 38,3 min ton təşkil edib.

Hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 4,563 milyard manat olub ki, bu da illik müqayisədə 0,9% artımı göstərir.

Fuad Mədətov
Finss.az