2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 582 min ton ağ neft istehsal edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min ton və ya 4,9% çoxdur.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 554,8 min ton ağ neft istehsal olunub.
Noyabrın 1-i vəziyyətinə hazır ağ neft ehtiyatı 25,5 min ton təşkil edib.
Hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 4,563 milyard manat olub ki, bu da illik müqayisədə 0,9% artımı göstərir.
Fuad Mədətov
Finss.az
