BİZNES

24 Noyabr

Azərbaycanda avtomobil benzini istehsalı artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1,225 milyon ton avtomobil benzini istehsal edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 min ton və ya 2% çoxdur.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 1,201 milyon ton avtomobil benzini istehsal olunub.

Noyabrın 1-i vəziyyətinə hazır avtomobil benzini ehtiyatı 83,7 min ton təşkil edib.

Hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 4,563 milyard manat olub ki, bu da illik müqayisədə 0,9% artımı göstərir.

Fuad Mədətov
Finss.az